Ordu.az xəbər verir ki, bu barədə BMT-nin mümkün fəlakətin qarşısını almaq üçün yaradılmış xüsusi işçi qrupu “Frans Press” agentliyinə müsahibəsində bildirib.
“Bizim qarşısını almaq üçün cəmi bir neçə həftəmiz var. Əks halda, böyük humanitar böhran baş verə bilər”, - deyə BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) direktoru və işçi qrupunun rəhbəri Xorxe Moreyra da Silva bildirib.
O xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, dünyada əlavə 45 milyon insan aclıq və qidalanma çatışmazlığı riski ilə üzləşə bilər.
Onun sözlərinə görə, Hörmüz boğazı vasitəsilə gübrə tədarükündə yaranan problemlər qlobal ərzaq təhlükəsizliyi üçün ciddi nəticələr doğura bilər. Çünki gübrələr bir çox ölkələrin kənd təsərrüfatında məhsuldarlığa birbaşa təsir göstərir.
BMT vəziyyəti son dərəcə təcili hesab edir və ərzaq böhranının daha da dərinləşməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsinə çağırır.
Sevinc Əliyeva
Ordu.az