İsrailin “Dəmir Günbəz” sistemi raketlərin 99%-dək hissəsini məhv edir

2026/03/1774101998.jpg
Oxunub: 444     19:21     11 May 2026    
İsrailin “Dəmir Günbəz” raketdən müdafiə sistemi HƏMAS və “Hizbullah” raketlərinə qarşı təxminən 98-99% effektivlik nümayiş etdirir, həmçinin İranın buraxdığı raketlərin böyük hissəsini məhv edir.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin dövlət müdafiə şirkəti “Rafael Advanced Defense Systems Ltd”in rəhbəri Yuval Ştaynits bildirib.

Qüds Təhlükəsizlik və Xarici Siyasət Mərkəzinin konfransında çıxış edən Ştaynits qeyd edib ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında HƏMAS və Livanda “Hizbullah” birlikdə İsrail ərazisinə doğru təxminən 40 min raket buraxıb.

“Dəmir Günbəz” onların böyük hissəsini 100% olmasa da, buna çox yaxın effektivliklə məhv edib. Bu göstərici təxminən 98%, hətta 99%-dir. Sistem mükəmməl deyil, amma buna çox yaxındır”, - deyə o bildirib.

Onun sözlərinə görə, İran 2024-cü ildən etibarən iki mərhələli döyüş əməliyyatları çərçivəsində İsrail istiqamətinə təxminən 1500 ballistik raket buraxıb və onların “yalnız bir neçə onluğu” məhv edilməyib.

Ştaynits həmçinin İsrailin raket əleyhinə vasitə çatışmazlığı yaşamadığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəmir-Günbəz   İsrail  


Bizi "telegram"da izləyin