Litva Hörmüzə hərbi və mülki mütəxəssislər göndərəcək

2026/05/1778502836.jpg
Oxunub: 375     17:24     11 May 2026    
Litva Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün beynəlxalq koalisiyaya qoşulacaq və bu prosesə onlarla hərbi və mülki mütəxəssis cəlb edəcək.

Ordu.az xarici mediaya istinadla xəbər verir ki, qərar Prezident Gitanas Nausedanın sədrliyi ilə Dövlət Müdafiə Şurası tərəfindən qəbul edilib.

Bildirilib ki, Dövlət Müdafiə Şurası Müdafiə Nazirliyindən 40 hərbi və mülki mütəxəssisin Hörmüz boğazında əməliyyatda iştirak etməsini təsdiqləməyi istəyib. Hökumətə Litva Silahlı Qüvvələrinin beynəlxalq missiyalarda iştirakı ilə bağlı mandatda dəyişiklik edilməsi üçün Seymə (parlament) müraciət etmək tapşırılıb. Litvada xaricdə qoşunların yerləşdirilməsi parlamentin səlahiyyətlərinə aiddir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Hörmüz  


Bizi "telegram"da izləyin