Nigeriyada yaraqlılar şossedə pusqu quraraq azı 30 nəfəri öldürüblər

2026/04/1777376031.jpg
Oxunub: 375     17:11     11 May 2026    
Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında yaraqlılar şossedə pusqu quraraq azı 30 nəfəri öldürüblər.

Bu barədə Ordu.az AFP-yə və BMT üçün hazırlanmış təhlükəsizlik məsələlərinə dair məruzəyə istinadən xəbər verir.

Məlumata görə, hücum mayın 10-da axşam gec saatlarda baş verib. Qurbanlar şosse ilə hərəkət edərkən yerli sakinlərin "banditlər" adlandırdığı silahlı qruplaşmanın hücumuna məruz qalıblar.

Qeyd olunub ki, ölənlər arasında dinc sakinlər, ovçular, eləcə də İctimai Asayişi Mühafizə Xidmətinin əməkdaşı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Yaraqlı  


Bizi "telegram"da izləyin