Ordu.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
“İran gəmilərinə qarşı dəniz quldurluğunun dayandırılması ilə bağlı İranın tələbi, İran xalqına məxsus və ABŞ-nin təzyiqi ilə uzun illərdir xarici banklarda qanunsuz saxlanılan aktivlərin azad edilməsi tələbi... Məgər bu, həddindən artıq tələbdir? Hörmüz boğazında təhlükəsiz hərəkətin təmin olunması ilə bağlı təklifimiz... Məgər bu, həddindən artıq tələbdir?”, - deyə o, mətbuat konfransı zamanı bildirib.
Bəqai qeyd edib ki, İran Vaşinqtonda münaqişənin tənzimlənməsi məsələsində İsrailin diktə etdiyi baxışların üstünlük təşkil etməsindən təəssüflənir və ABŞ hələ də əsassız tələblərində israr edir.
O, bu sözlərlə Trampın İranın münaqişənin həlli ilə bağlı ABŞ təklifinə verdiyi cavabın qəbuledilməz olması barədə açıqlamasını şərh edib.
Sevinc Əliyeva
Ordu.az