İran ABŞ ilə nüvə proqramını hələ müzakirə etmədiyini açıqlayıb

2026/05/1778497740.jpg
Oxunub: 375     15:03     11 May 2026    
İran hakimiyyəti ABŞ ilə münaqişənin tənzimlənməsi üzrə davam edən mesaj mübadiləsi zamanı respublikanın nüvə proqramı ilə bağlı məsələlərə toxunmur.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.

“Bu mərhələdə diqqətimiz müharibənin dayandırılmasına yönəlib. Nüvə məsələsinə, İran materiallarına və zənginləşdirmə ilə bağlı mövzulara, hansı qərarların qəbul ediləcəyinə və hansı variantların nəzərdən keçiriləcəyinə gəlincə, bu, vaxtı çatanda mütləq müzakirə edəcəyimiz məsələdir”, - deyə Bəqai mətbuat konfransında qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin