Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar Qətərə gedəcək

2026/04/1776602712.jpg
Oxunub: 361     14:23     11 May 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan regiondakı vəziyyətlə əlaqədar mayın 12-də Qətərə səfər edəcək.

Ordu.az TRT Haber-ə istinadən xəbər verir ki, Dohada baş tutacaq görüşlərdə Körfəz ölkələrində münaqişələrin aradan qaldırılması prioritet məsələ olacaq.

Görüşlərdə həmçinin qlobal enerji və ticarət marşrutları baxımından əhəmiyyət daşıyan Hörmüz boğazında vəziyyət müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Qətər  


Bizi "telegram"da izləyin