Çin XİN Trampın səfəri zamanı fikir ayrılıqlarını aradan qaldırmağa hazır olduqlarını açıqlayıb

2026/05/1778494723.jpg
Oxunub: 352     14:11     11 May 2026    
ABŞ Prezidenti Donald Trampın səfəri zamanı Çin hakimiyyəti Vaşinqtonla mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün səy göstərməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tszyakun açıqlama verib.

“Yüksək səviyyəli diplomatiya Çin-ABŞ münasibətlərinin inkişaf istiqamətinin müəyyən edilməsində əvəzolunmaz strateji rol oynayır. Çin ABŞ ilə birlikdə bərabərlik, hörmət və qarşılıqlı fayda prinsiplərini rəhbər tutaraq əməkdaşlığı genişləndirməyə və fikir ayrılıqlarını tənzimləməyə hazırdır. Bu, ziddiyyətlər və qeyri-sabitliklə dolu dünyada daha böyük sabitlik və müəyyənlik yaratmaq məqsədi daşıyır”, - deyə o, brifinq zamanı bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   İran  


Bizi "telegram"da izləyin