Ordu.az xəbər verir ki, bu barədə o, “CBS News” telekanalına müsahibəsində danışıb.
İsrailli liderin sözlərinə görə, İran şəhərlərində onun adını daşıyan küçələrə rast gəlmək mümkündür.
“İranda küçələrə mənim adım verilir. Siz bunu bilirdinizmi?”, - deyə Netanyahu bildirib.
İsrailin Baş naziri əlavə edib ki, İranda ona gənclik illərindən verilən “əziz Bibi” ləqəbi ilə müraciət edirlər.
Netanyahunun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da oxşar münasibətlə qarşılaşır. O iddia edib ki, ABŞ prezidentinin siyasi mövqeyinə görə onun adı da İranın bəzi küçələrinin adlarında istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az