Ordu.az xəbər verir ki, bu barədə "Polskie Radio" radiostansiyası məlumat yayıb.
Bildirilib ki, şikayətlə yanaşı Varşava məhkəmənin iddia üzrə qərar qəbul etməsinə qədər sazişin icrasının dayandırılması haqqında vəsatət verib.
Qeyd olunub ki, Polşa ilk növbədə sazişin mətnində MERCOSUR ölkələrindən olan fermerlər üçün məhsulun keyfiyyəti və istehsal texnologiyaları üzrə qarşılıqlı tələblərin olmamasından narazıdır.
Yanvarın 7-də Paraqvayda Aİ və MERCOSUR ölkələri arasında azad ticarət haqqında saziş imzalanıb. O, mayın 1-də qüvvəyə minib.
Ordu.az