Britaniya donanması qadın hərbi geyimlərindəki düymələrin dəyişdirilməsinə 200 min funt xərcləyəcək

2026/01/1768390736.jpg
Oxunub: 381     11:44     11 May 2026    
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri qadın hərbi geyimlərini yenidən hazırlamaq üçün 200 min funt-sterlinq xərcləmə planına görə tənqid olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Times” nəşri məlumat yayıb.

“Times” nəşrinin daxili sənədə istinadən yaydığı məlumata görə, mövcud geyimlərin sinə hissəsində tikilmiş düymələr “uyğun olmayan şəkildə” yerləşdirilib.

Nəşr yazır ki, Kral Hərbi Dəniz Donanması qadın dənizçilər üçün yeni geyimlərə 200 min funt-sterlinqə qədər vəsait ayırmağı planlaşdırır, çünki mövcud dizaynda düymələrin yerləşməsi qəbuledilməz hesab olunur.

Qeyd olunur ki, düymələrlə bağlı problem qurumda onların qadınların döş ucları hissəsində yerləşdirildiyinin fərq edilməsindən sonra ortaya çıxıb.

Nəşrin məlumatına görə, bu qərar xüsusilə daha əvvəl Britaniya komandanlığına qənaət yolları tapmaq tapşırıldığı üçün hərbçilər arasında narazılıq yaradıb. Problem ondadır ki, qarşıdakı dörd il üçün müdafiə sahəsinin büdcəsində 28 milyard funt-sterlinqlik kəsir proqnozlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Donanma  


Bizi "telegram"da izləyin