Cənubi Koreya Hörmüz boğazında tankerə edilən hücumu pisləyib

2026/03/1773466996.jpg
Oxunub: 407     11:28     11 May 2026    
Cənubi Koreya Prezidentinin administrasiyası bu ay Hörmüz boğazında Koreya gəmi şirkəti tərəfindən idarə olunan yük gəmisinə edilən hücumu ən sərt şəkildə pisləyib.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Cənubi Koreya hücumun mənbəyi müəyyən edildikdən sonra cavab veriləcəyini bildirib.

Hökumət nümayəndəsi jurnalistlərə açıqlamasında deyib ki, Cənubi Koreya ekspertləri gəminin sol arxa hissəsinə dəyən zərər üzrə ilkin kriminalistika araşdırması aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Hörmüz   Tanker  


Bizi "telegram"da izləyin