Ordu.az xəbər verir ki, bu barədə Netanyahu “CBS News” telekanalına müsahibəsində danışıb.
2026-cı ilin aprelində “The New York Times” qəzeti yazmışdı ki, fevralın 11-də ABŞ və İsrail liderlərinin qapalı görüşü zamanı Netanyahu İrana qarşı müharibənin “İslam Respublikasına son qoyacağına” əminliyini ifadə edib.
İsrail Baş nazirinin sözlərinə görə, o əksinə, əməliyyatın nəticəsinin qeyri-müəyyən olduğunu bildirib.
“Mən yalnız bunu demədim, həm də hər ikimiz razılaşdıq ki, burada yalnız qeyri-müəyyənlik deyil, risklər də mövcuddur”, - deyə Netanyahu bildirib.
Bununla yanaşı, Netanyahu əlavə edib ki, hərbi əməliyyatın müzakirəsi zamanı o, Ağ Ev rəhbərinə fəaliyyətsizliyin hərbi əməliyyatdan “daha böyük təhlükə” yaratdığı fikrini çatdırıb.
Sevinc Əliyeva
Ordu.az