İranda ABŞ və İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

2026/04/1775379246.jpg
Oxunub: 418     10:04     11 May 2026    
İran ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin xeyrinə casusluğa görə məhkum olunmuş şəxsi edam edib.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Mizan" məhkəmə informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Erfan Şakurzadə peyk fəaliyyəti ilə əlaqəli elmi təşkilatda işləyib. O, məxfi elmi məlumatları xarici xüsusi xidmət orqanlarına ötürməkdə ittiham olunub.

"İran İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti" hüquq müdafiə təşkilatının məlumatına görə, aerokosmik mühəndislik fakültəsinin 29 yaşlı məzunu 2025-ci ildə həbs edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin