HAVELSAN BARKAN 3-ü ilk dəfə SAHA-da nümayiş etdirdi

2026/05/1778261094.jpg
Oxunub: 525     21:19     08 May 2026    
HAVELSAN tərəfindən hazırlanmış yeni nəsil insansız quru platforması BARKAN 3 ilk dəfə SAHA 2026-da nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, Türkiyə Quru Qoşunlarının sahədən gələn ehtiyacları əsasında hazırlanan platforma artırılmış faydalı yük tutumu, inkişaf etdirilmiş avtonomluq imkanları və yeni vəzifə sistemləri ilə diqqət çəkib.

HAVELSAN tərəfindən hazırlanan və 2023-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən BARKAN insansız quru platformasının yeni versiyası üçün daha bir mühüm mərhələ geridə qoyulub.

SAHA 2026 çərçivəsində keçirilən imza mərasimində Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə HAVELSAN arasında BARKAN Versiya-3 müqavilə dəyişikliyi imzalanıb.

İhtiyaç makamı tərəfindən bildirilən əlavə tələblər və Müdafiə Sənayesi İcra Komitəsinin qərarları əsasında qüvvəyə minən müqavilə çərçivəsində yeni nəsil BARKAN 3 vasitələrinin təchizat prosesi rəsmən başlanıb.

HAVELSAN-ın mövcud BARKAN İKA layihəsi çərçivəsində təhvil və inteqrasiya fəaliyyətlərini fasiləsiz şəkildə davam etdirdiyi, sistemlərin əməliyyat imkanlarının isə yeni versiya ilə birlikdə əhəmiyyətli dərəcədə artırıldığı bildirilib.

BARKAN 2 təhvili davam edir

2025-ci il yanvarın 7-də imzalanan BOİKA-1 İnsansız Quru Platforması Layihəsi çərçivəsində HAVELSAN tərəfindən hazırlanan BARKAN 2 və BARKAN 3 vasitələrinin təhvil prosesi də davam edir.

BARKAN 2 vasitələrinin yoxlama və qəbul fəaliyyətlərinin uğurla tamamlandığı bildirilərkən, BARKAN 3-ün qəbul proseslərinin isə 2026-cı il ərzində tamamlanmasının hədəfləndiyi ifadə edilib.

Orta sinfə məxsus seqmentə yüksəldilib

Yeni versiya ilə birlikdə BARKAN platforması orta sinfə məxsus insansız quru platforması seqmentinə yüksəldilib. Platformanın ölçüləri böyüdülüb, yerdən hündürlüyü artırılıb, maksimum sürəti yüksəldilib və daşıma qabiliyyəti genişləndirilib.

BARKAN 3 25+ km/saat maksimum sürət, 35 sm şaquli maneəni aşma, 70 sm xəndək keçidi, 60 faiz yan yamac qabiliyyəti və 50 sm sudan keçmə bacarığı kimi inkişaf etdirilmiş hərəkət imkanları ilə ön plana çıxır.

Vasitədə həmçinin yenidən dizayn edilmiş tırtıl sistemi, asqı və hərəkət sistemi ilə yenilənmiş enerji arxitekturası yer alır.

Avtonomluq və sensor imkanları artırıldı

BARKAN 3-ün ən diqqətçəkən inkişafları arasında artırılmış avtonom vəzifə qabiliyyətləri yer alır.

Platformada 16 kamera, yeni nəsil stereo kamera, LiDAR sistemləri, radar avtonomiya sensoru, 3 ölçülü xəritələmə, dinamik marşrut planlaması, GPS-dən asılı olmayan vəzifə qabiliyyəti, lider-təqib rejimi və maneədən yayınma xüsusiyyətləri mövcuddur.

Sensor sayının dörd dəfə artırıldığı bildirilib, platformanın sürüş və ətraf mühitə dair farkındalıq imkanlarının da əhəmiyyətli dərəcədə inkişaf etdirildiyi qeyd olunur.

Silahlı və çoxməqsədli vəzifə qabiliyyəti

BARKAN 3 kəşfiyyat-müşahidə, sərhəd təhlükəsizliyi, kritik obyektlərin qorunması və yaxın dəstək vəzifələri üçün müxtəlif faydalı yüklərlə təchiz edilə bilir.

Platformada SARP-L 7.62 mm silah sistemi, retinar radar müşahidə sistemi, dirək tipli termal/gündüz kəşfiyyat sistemi, mina/partlayıcı maddəyə qarşı tədbir sistemləri, 12.7 mm silah sistemi və KARAOK tank əleyhinə raket inteqrasiyası kimi opsional vəzifə yükləri yer alır.

Rabitə və radioelektron mübarizə qabiliyyəti

BARKAN 3-də 2 kilometr görmə xətti (LOS) verilənlər bağlantısına əlavə olaraq GSM rabitəsi və fiber-optik kabel ilə istifadə seçimləri də mövcuddur.

Platformaya həmçinin anti-jamming qabiliyyəti təmin edən TULPAR sistemi inteqrasiya edilib, görüş xəttindən kənar (NLOS) rabitə həlləri üçün də işlər aparılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   BARKAN-3   SAHA  


Bizi "telegram"da izləyin