Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, hökm Cənubi Floridadakı federal məhkəmə tərəfindən çıxarılıb.
Məlumata görə, məhkum olunanların hamısı Mayamidə yerləşən "Counter Terrorism Unit Federal Academy" mühafizə şirkəti ilə əlaqəli olublar.
Məhkum olunanlar - Antonio "Toni" İntriaqo, Arxankel Pretel, Uolter Veyntemilya və Ceyms Solaj - 2023-cü ildə ümumilikdə 11 fiquranta qarşı ittihamların irəli sürüldüyü iş üzrə cəlb edilmişdilər.
Jovenel Moiz 7 iyul 2021-ci ildə Haitinin paytaxtı Port-o-Prensin ətrafındakı iqamətgahına edilmiş silahlı basqın nəticəsində öldürülüb. Onun həyat yoldaşı yaralansa da, sağ qalıb.
Ordu.az