BƏƏ Müdafiə Nazirliyi: İranın zərbələri nəticəsində üç nəfər yaralanıb

2026/05/1778257950.jpg
Oxunub: 435     20:29     08 May 2026    
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin məlumatına görə, mayın 8-də hava hücumundan müdafiə sistemləri İran tərəfindən buraxılmış iki ballistik raketi və üç pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Gulf News” məlumat yayıb.

Bildirilib ki, nəticədə üç nəfər orta ağır yaralanıb.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi qeyd edib ki, “İranın açıq hücumları” başlayandan etibarən ölkənin hava hücumundan müdafiə sistemləri 551 ballistik raket, 29 qanadlı raket və 2263 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

Məlumata görə, hücumların başlanmasından etibarən müxtəlif ölkələrdən Birləşmiş Ərəb Əmirliklərində olan zərərçəkənlərin ümumi sayı 230 nəfərə çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   İran  


Bizi "telegram"da izləyin