Türkiyə MSK SAHA 2026-da müqavilələr imzalayıb

2026/05/1778254857.jpg
Oxunub: 507     19:39     08 May 2026    
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsi (MSK) ASELSAN, “Makine ve Kimya Endüstrisi AŞ” (MKE) və “ASELSAN Konya” ilə müxtəlif layihələr üzrə müqavilələr imzalayıb.

Ordu.az xəbər verir ki, SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilir.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu SAHA 2026 çərçivəsində Türkiyə müdafiə sənayesində müxtəlif müqavilələr imzalanır. Bu çərçivədə SSB bir çox yerli şirkətlə müqavilə bağlayıb.

Türkiyə MSK ilə ASELSAN arasında Yüksək Güclü Lazer (GİZEM) Layihəsi ilə bağlı müqavilə imzalanıb. Mərasimdə Türkiyə MSK sədri Haluk Görgün və ASELSAN-ın baş direktoru Ahmet Akyol iştirak ediblər.

Digər müqavilə isə Türkiyə MSK ilə MKE arasında Termobarik Bomba Təchizatı Layihəsi (MK-82-T, MK-83-T, MK-84-T) və Yüksək Sürətli 35 mm-lik Top (YHT-35) Layihəsi üzrə imzalanıb. İmza mərasimində Haluk Görgün və MKE-nin baş direktoru İlhami Keleş iştirak edib.

Türkiyə MSK həmçinin ASELSAN Konya ilə Yüksək Sürətli 25 mm-lik Top (YHT-25) Layihəsi üzrə müqavilə imzalayıb. Mərasimdə Haluk Görgün və ASELSAN Konya-nın baş direktoru Serhan Özsoy iştirak edib.

“Yüksək texnologiya ehtiva edən çoxşaxəli layihələri imza altına aldıq”

Haluk Görgün çıxışında SAHA 2026-nın bütün sürəti ilə davam etdiyini bildirərək deyib: “Bu gün sərginin dördüncü günüdür. Hər istiqamətdə planlaşdırıldığı kimi yüksək enerji ilə bütün proseslər uğurla həyata keçirilir. Sərginin mühüm istiqamətlərindən biri də imza mərasimləridir. Həm ixrac müqavilələrimizi, şirkətlərin öz aralarındakı ikitərəfli razılaşmaları, həm də müxtəlif təchizat layihələri üzrə müqavilələri imzalayırıq”.

SAHA 2026 çərçivəsində təqdimatlar, panellər və çıxışların keçirildiyini bildirən Görgün sərginin bütün istiqamətlər üzrə olduqca zəngin keçdiyini vurğulayıb.

O, tədbirə marağın çox yüksək olduğunu qeyd edib.

Peşəkar iştirak səviyyəsinin kifayət qədər yüksək olduğunu bildirən Görgün, dünənə qədər təxminən 80 min ziyarətçinin SAHA 2026-nı ziyarət etdiyini açıqlayıb.

Görgün layihə müqavilələri ilə bağlı bunları deyib: “Quru, hava və dəniz qüvvələrimizin ehtiyac duyduğu, onların zərbə gücünü artıracaq və ixrac potensialı çox yüksək olan, yüksək texnologiya ehtiva edən çoxşaxəli layihələri imza altına aldıq”.

İmza mərasimləri toplu foto çəkilişindən sonra başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   SAHA-2026  


Bizi "telegram"da izləyin