İranın xarici işlər naziri: “Diplomatiya ön plana çıxanda ABŞ hərbi avantüranı seçir”

2026/03/1773660373.jpg
Oxunub: 387     19:29     08 May 2026    
Diplomatik həll yolları gündəmə gələn hər dəfə ABŞ düşünülməmiş hərbi avantüraya üstünlük verir.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Bu, kobud təzyiq taktikasıdırmı? Yoxsa destruktiv qüvvələrin yenidən ABŞ prezidentini növbəti bataqlığa sürükləməsinin nəticəsidir? Səbəb nə olursa olsun, nəticə dəyişmir, iranlılar heç vaxt təzyiqə boyun əymirlər”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin