Lavrov: “Əgər nasistlər Qələbə Gününü pozmağa çalışsalar, onlara aman verilməyəcək”

2026/05/1778254357.jpg
Oxunub: 389     19:27     08 May 2026    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, əgər nasistlər öz təhdidlərini həyata keçirməyə və Qələbə Günü tədbirlərini pozmağa cəhd etsələr, Moskva onlara qarşı sərt cavab verəcək.

Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Mən tam məsuliyyətlə və açıq şəkildə demək istəyirəm ki, hazırda Qərbdə yenidən dirçələn nasistlər Ukrayna vasitəsilə nə edirlərsə etsinlər, onlara aman verilməyəcək.

Zelenskini birbaşa alətə çevirənlər, onu Qərbin ölkəmizə qarşı qızışdırdığı təcavüzün ön cəbhəsinə çıxaranlar gündən-günə daha çox problem yaratmağa çalışırlar. Əslində bu proses artıq başlayıb. Onlar Kiyevdəki bu nasist rejimini silahlandırır və ona ən ölümcül silahları təqdim edirlər ki, Rusiya Federasiyasına mümkün qədər ağrılı zərbələr endirsinlər”, - deyə Lavrov bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin