İran və Türkiyənin xarici işlər nazirləri danışıqlar aparıblar

2026/02/1770657937.jpg
Oxunub: 567     18:32     08 May 2026    
Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Abbas Əraqçi telefon danışığı zamanı ABŞ və İran arasında davam edən danışıqlar prosesindəki vəziyyəti müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti” agentliyinə məlumat verib.

“Xarici işlər naziri Hakan Fidan bu gün mayın 8-də İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb”, - deyə agentliyin həmsöhbəti bildirib.

Danışıq zamanı İran və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsi müzakirə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Abbas-Əraqçi  


Bizi "telegram"da izləyin