Pentaqon müntəzəm olaraq UNO-larla bağlı sənədləri dərc edəcək

2026/04/1777534670.jpg
Oxunub: 367     18:01     08 May 2026    
Pentaqon hər bir neçə həftədən bir uçan naməlum obyektlərlə (NLO) bağlı yeni sənədlər dərc edəcəyini bəyan edib.

Ordu.az ABŞ mediasına istinadən xəbər verir ki, cümə günü Pentaqonun saytında onlarla foto, video və mətn sənədləri yerləşdirilib.

"Müharibə Nazirliyi yeni materialları aşkarlandıqca və məxfilikdən çıxarıldıqca müntəzəm əsasda dərc edəcək, sənədlər paketləri bir neçə həftədən bir yerləşdiriləcək", – Pentaqonun bəyanatında deyilir.

ABŞ-nin NLO ilə bağlı məxfilikdən çıxarılmış materiallarının birinci hissəsinə "Apollo 17" missiyasının arxiv şəkilləri, 2025-2026-cı illərə aid hərbi müşahidələr və bir neçə həll olunmamış hadisə daxildir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl sələfi Barak Obamanın yadplanetlilər barədə etirafından sonra Pentaqonun Yer kürəsindən kənar həyat və NLO haqqında məlumatlarını dərc etməyi vəd etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   UNO  


Bizi "telegram"da izləyin