Ordu.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmləri iştirak edib.
Sərginin rəsmi hissəsi başa çatıb, sabahdan sərgi ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, 120-dən çox ölkənin qatıldığı sərgidə 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin məhsulları nümayiş etdirilib.
Sərgidə 140-dan çox rəsmi heyət, 800-dən artıq rəsmi heyət üzvü, 200-dən çox ticarət nümayəndə heyəti iştirak edib.
Azərbaycan bu il sərgidə 12 şirkət və qurumla təmsil olunub.
Ordu.az