“ARCA Savunma” SAHA 2026-da VTIC və GMP ilə iki fərqli müqavilə imzaladı

2026/05/1778248521.jpg
Oxunub: 543     17:52     08 May 2026    
“ARCA Savunma”nın VTIC ilə Artilleriya Sursatı və GMP ilə 122 mm “Roket 40KM” müqavilələrinin rəsmi imza mərasimi SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində keçirilib.

Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunan SAHA 2026 davam edir.

“Anadolu” Agentliyinin Qlobal Kommunikasiya Tərəfdaşı olduğu sərgidə Türkiyə müdafiə sənayesi şirkətləri müxtəlif sazişlər imzalayır.

Bu çərçivədə “ARCA Savunma” VTIC ilə Artilleriya Sursatı və GMP ilə 122 mm “Roket 40KM” müqavilələrini imzalayıb.

İmza mərasimlərində VTIC-nin baş icraçı direktoru Petar Vasilev, GMP-nin baş icraçı direktoru Marc Morales və “ARCA Savunma”nın baş direktoru İlknur Dutak Pamir iştirak ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ARCA-Savunma   SAHA-2026  


Bizi "telegram"da izləyin