Bu barədə
Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyəyə səfər çərçivəsində nazir müavini milli müdafiə naziri Yaşar Güler, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə görüşüb.

Keçirilən görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti sərgidə dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsalı olan hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlara aid nümunələrlə tanış olub.

Baş direktor Almaniya, Sudan, Birləşmiş Krallıq, Vyetnam və İtaliya müdafiə nazirliklərini və hərbi sənayə komplekslərini təmsil edən nümayəndə heyətlərinin, eləcə də "ASELSAN", "Baykar", "Roketsan", "TUSAŞ" və "ARCA Savunma" şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC sərgidə Azərbaycanı stendlə təmsil edib.
Ordu.az