Abrahamyana sual: “Respublikaçılar” seçkilərdə “Güclü Ermənistan”a dəstək verir?

2026/02/1771648134.jpg
Oxunub: 270     14:40     08 May 2026    
“Ermənistan Respublikaçılar Partiyası müxtəlif formatlarda çoxsaylı müxalif qüvvələrə dəstək verir. Lakin partiyanın seçkilərdə iştirak etməməsi hər hansı konkret siyasi qüvvəyə dəstək verməsi ilə bağlı deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən ənənəvi brifinq zamanı müxalif deputat, Ermənistan Respublikaçılar Partiyasının üzvü Tiqran Abrahamyan deyib.

“Sizi əmin edirəm ki, biz bu gün bir çox məsələlərdə çoxsaylı müxalif qüvvələrlə işləyirik və söhbət yalnız “Güclü Ermənistan” partiyasından getmir. Harada bizə ehtiyac varsa, bölgədən, rayondan və ya yaşayış məntəqəsindən asılı olmayaraq, Ermənistan Respublikaçılar Partiyası öz sözü, iştirakı və ya istənilən başqa formada dəstək verməyə hazırdır və bunu edə bilər. Biz ümumi uğura töhfə verməyə hazırıq”, - deyə erməni müxalifətçi bildirib.

Ermənistan Respublikaçılar Partiyasının tanınmış nümayəndələrinin daha çox məhz “Güclü Ermənistan” partiyasının tədbirlərində iştirak etmələri ilə bağlı qeydə münasibət bildirən Abrahamyan deyib: “Son beş il ərzində Ermənistan Respublikaçılar Partiyası müxtəlif siyasi qüvvələrin təşəbbüslərində iştirak edib. Hətta həmin platformalarda məhz partiyanın ünvanına tənqidlər səsləndirilən hallarda belə iştirak edib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin