Ermənistan KİV-i: Məqsəd Rusiyanın türk kimliyinə malik xalqlarını “xüsusi hərbi əməliyyatın ədalətli məqsədləri” ətrafında birləşdirmək olub

2026/05/1778236074.jpg
Oxunub: 461     14:26     08 May 2026    
“Rusiya Prezidenti Vladimir Putinin “Qızıl Orda” və türk dünyası ilə bağlı səsləndirdiyi fikirlər, eləcə də Cənubi Qafqazdakı geosiyasi vəziyyətin dəyişməsi Ermənistanın “qərbyönümlü siyasəti” ilə bağlı deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, Vladimir Putin 2023-cü il noyabrın 4-də Kremldə Rusiya Federasiyası İctimai Palatasının yeni “seçilmiş” üzvləri ilə görüşü zamanı Qızıl Orda dövrünə də toxunub.

“Orda nə qədər həyasız və qəddar olsa da, yerli əhalinin dilinə, mədəniyyətinə və adətlərinə toxunmurdu”, - deyə Putin bildirib. O, həmçinin vurğulayıb: “Qərb işğalçıları isə mədəniyyətə və adətlərə iddia edirdilər ki, bu da etnosun parçalanması təhlükəsinə gətirib çıxarırdı”.

Nəşrin yazdığına görə, Putin həmin kontekstdə Aleksandr Nevskiyə də yeni qiymət verərək bildirib ki, o, “Qızıl Orda xanlarına and içib, knyazlıq nişanı alıb ki, Qərbin işğalçılığına effektiv müqavimət göstərə bilsin”.

“Putin bu tezisləri Ukraynaya qarşı müharibənin ikinci ilində səsləndirib və məqsəd Rusiyanın türk kimliyinə malik xalqlarını “xüsusi hərbi əməliyyatın ədalətli məqsədləri” ətrafında birləşdirmək olub.

Putin Qarabağdan sülhməramlı kontingenti çıxarmağa məcbur oldu, Ağdamdakı monitorinq mərkəzi isə ləğv edildi. Beləliklə, Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsinin səbəbi Ermənistanın “qərbyönümlülüyü” deyil”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin