Sergey Kopırkin: "Ermənistanın xarici siyasəti Rusiya ilə münasibətlərə zərər verməməlidir"

2025/03/1741151384.jpg
Oxunub: 310     13:50     08 May 2026    
Rusiya Ermənistanın xarici siyasi əlaqələrini müstəqil şəkildə qurmaq və şaxələndirmək hüququnu tanıyır, lakin bu, Moskva ilə İrəvan arasında əməkdaşlığa ziyan vurmamalıdır.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu RF-nin Ermənistandakı səfiri Sergey Kopırkin "İravunk" qəzetinə müsahibəsində bildirib.

"Rusiya tərəfi davamlı olaraq Ermənistanın xarici siyasi əlaqələrini şaxələndirmək hüququna hörmət etdiyini vurğulayır, lakin bu, Rusiya-Ermənistan əməkdaşlığını və ortaq inteqrasiya birliklərində qarşılıqlı fəaliyyətimizi sarsıtmamalıdır", - Kopırkin nəzərə çatdırıb.

Qeyd edək ki, mayın 7-də Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya XİN-ə çağırılıb. Diplomatik missiyanın rəhbərinə bu yaxınlarda Aİ-nin Ermənistanda keçirilən tədbirləri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskiyə "tribuna" verilməsinin qəti şəkildə qəbuledilməz olduğu bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kopırkin   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin