“İrəvanda mayın 9-u ərəfəsində təşkil olunan anti-Rusiya təxribatı və Zelenskinin Ermənistan paytaxtında bütün iştirakçıların səssiz razılığı ilə səsləndirdiyi birbaşa terror hücumu təhdidləri Moskvanın qarşısında Ermənistan rəhbərliyinin verdiyi müttəfiqlik öhdəlikləri və dostluq təminatları ilə ziddiyyət təşkil edir”.
Ordu.az xəbər verir ki, bu barədə RT-nin “Telegram” kanalında yayımlanan materialda bildirilib.
Məlumata görə, Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan mayın 7-də, cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomata bildirilib ki, Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirməsi üçün Ermənistanda “platforma” təqdim olunması qəti şəkildə qəbuledilməzdir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Rusiya
Ermənistan