Ordu.az xəbər verir ki, 1973-cü il mayın 8-də anadan olan qəhrəman komandirin həyat və döyüş yolu hər bir azərbaycanlı üçün rəşadət nümunəsidir.
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunu olan İ.Mirzəyev, xidmət müddətində mayor rütbəsindən polkovnikliyə qədər yüksəlib, Hərbi Akademiyanı uğurla bitirib.
2016-cı ildə “Ohanyan səddi”nin yarılmasında və Talış yüksəkliyinin azad edilməsində böyük şücaət göstərib.
2020-ci ilin iyulunda Ermənistanın sərhəd təxribatının qarşısının alınmasında ön cəbhədə vuruşub. İyulun 14-də general-mayor Polad Həşimovla birlikdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
O, II Fəxri xiyabanda dəfn olunub.
Şəhid polkovnikdən Elvin adlı oğlu və Gülnarə adlı qızı yadigar qalıb.
Ordu.az