Ordu.az xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref açıqlama verib.
“Tezliklə biz qələbəni qeyd edəcəyik və xalqımızın son illərdə məruz qaldığı sanksiyalar və təzyiqlər İran xalqının böyük qələbəsi ilə aradan qalxacaq”, - deyə Arefin sözlərini “Press TV” sitat gətirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ABŞ-yə məxsus üç esmineslə bağlı insidentə münasibət bildirərkən ABŞ ilə İran arasında atəşkəsin hələ də qüvvədə olduğunu bəyan etmişdi.
“Atəşkəs davam edir. O işləyir”, - deyə Tramp “ABC News” telekanalına bildirib.
Daha sonra o, jurnalistlərə İran tərəfinin Vaşinqtonla razılaşma əldə etmək istədiyini və ABŞ-nin İranla danışıqları davam etdirdiyini deyib.
Cümə axşamı axşamı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İranın nizamlanma ilə bağlı ABŞ təklifini hələ də nəzərdən keçirdiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az