Şahin Məmmədov "SAHA 2026"da Türkiyənin kamikadze dəniz dronu ilə tanış olub - FOTO

2026/05/photo-1778220565.jpg
Oxunub: 692     09:45     08 May 2026    
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədov İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində "Makine ve Kimya Endüstrisi" (MKE) şirkətinin stendini ziyarət edib.

Ordu.az xəbər verir ki, kontr-admiral şirkətin stendində "PİRANA" pilotsuz kamikadze dəniz dronu (İDA) olmaqla MKE-nin hərbi müdafiə məhsulları ilə yaxından tanış olub.

Qeyd edək ki, PİRANA asimmetrik müharibə şəraiti nəzərə alınaraq hazırlanmış suüstü kamikadze dəniz dronudur. "PİRANA" həm də sürü konsepsiyası ilə hücum həyata keçirmək qabiliyyətinə malikdir. Əməliyyat zamanı sürüdə yer alan bəzi "PİRANA"lar hədəf bölgəsində hərəkət edərək düşmənin radar və müdafiə sistemlərinin diqqətini üzərinə çəkir, dizaynı və xüsusi örtüyü sayəsində aşağı radar görünürlüyünə malik olan digər "PİRANA"lar isə üzərindəki döyüş başlığı ilə aşkarlanmadan hədəfi məhv edirlər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahin-Məmmədov   SAHA-2026  


Bizi "telegram"da izləyin