“İravunk”: Paşinyan vilayət rəislərinə inanmır

2026/05/1778219803.jpg
Oxunub: 319     09:49     08 May 2026    
Paşinyan seçkiqabağı təşviqat kampaniyasına ən problemli vilayət hesab edilən Zəngəzurdan başlamağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, vilayət rəhbəri Paşinyana bildirib: “Vilayətdə problemimiz yoxdur, uşaqlar bizim üçün can qoyurlar, rahat olun”.

“Məlumata görə, Paşinyan isə artıq vilayət rəhbərlərinin verdiyi təminatlara inanmadığını deyib.

“Gözüm görsün, vay halınıza ki, birdən nəsə istədiyimiz kimi olmasın”, - deyə Paşinyan bildirib. Zəngəzurlu deputat Xaçatryan da “Bizimkilər hər şeyi nəzarətdə saxlayırlar” deyərək öyünüb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin