Ermənistan KİV-i: Samvel Babayan dərin “depressiya” vəziyyətindədir

2026/05/1778218893.jpg
Oxunub: 497     09:39     08 May 2026    
“Qarabağdan (könüllü-red.) köç etmiş şəxslrin çevrəsindən əldə edilən məlumata görə, “Qarabağ təhlükəsizlik şurası”nın (ləğv edilmiş qondarma qurum-red.) “keçmiş katibi” Samvel Babayan dərin “depressiya” vəziyyətindədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistana köçdükdən sonra o, hakimiyyətlə əməkdaşlıq etməyə çalışır və müəyyən status alacağını, yaxud ən azı iyunun 7-də keçiriləcək seçkilər ərəfəsində Paşinyanın onu siyasi oyuna daxil edəcəyini gözləyirdi.

“Çünki Babayan “Qarabağdan olan müəyyən dairələr”in səslərini müxalif qüvvələrdən “Vətəndaş Müqaviləsi” partiyasına yönəldəcəyinə söz verirdi.

Lakin Vağarşapat seçkilərinin nəticələrindən sonra həm müxalifət, həm də Paşinyan anlayıblar ki, Babayanın şansları böyük deyil və ona tabe olan köç etmiş şəxslərin sayı da çox deyil. Buna görə də ona üstünlük verilməyib.

Məlumata görə, Samvel Babayan bəzi müxalifət nümayəndələri ilə münasibətlər qurmağa çalışıb, lakin onlar Babayanın arxasında Nikol Paşinyanın dayandığından şübhələnərək əməkdaşlıqdan imtina ediblər”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, nəticədə Babayan nə öz partiyası ilə seçkilərə qatılıb, nə də hər hansı başqa siyasi qüvvə ilə əməkdaşlıq əldə edə bilib.

“Xatırladaq ki, onun rəhbərlik etdiyi “Liberal Partiya” 2021-ci il parlament seçkilərində iştirak etmişdi. Partiya seçicilərin 1,17 faiz səsini toplamış və təxminən 15 min səsi itirmişdi”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Babayan  


Bizi "telegram"da izləyin