Tramp Avropa İttifaqını tariflərin kəskin artırılması ilə hədələyib

2026/04/1777008423.jpg
Oxunub: 323     09:34     08 May 2026    
ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, Avropa İttifaqını tariflərin kəskin artırılması ilə hədələyib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ prezidentinin sözlərinə görə, o, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə “əla” söhbət aparıb.

“Biz bir çox mövzunu müzakirə etdik, o cümlədən İranın heç vaxt nüvə silahı əldə etməməsi məsələsində tam həmrəy olduğumuzu qeyd etdik. Biz eyni fikirdəyik ki, öz xalqını öldürən rejim milyonlarla insanı məhv etmək gücündə olan bombaya nəzarət edə bilməz.

Mən Avropa İttifaqının Şotlandiyanın Ternberi şəhərində bağladığımız tarixi ticarət sazişi üzrə öz öhdəliyini yerinə yetirməsini səbirlə gözlədim. Bu, tarixdəki ən böyük ticarət sazişidir. Söz verilmişdi ki, Avropa İttifaqı razılaşmaya uyğun olaraq öz tariflərini SIFIRA endirəcək. Mən ölkəmizin 250 illiyinə qədər onlara vaxt verməyə razı oldum, əks halda təəssüf ki, onların tarifləri dərhal daha yüksək səviyyələrə qaldırılacaq”, - deyə Tramp yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin