Ordu.az xəbər verir ki, bu barədə “Iranist” “Telegram” kanalı məlumat yayıb.
“Beləliklə, mənbənin məlumatına görə, İrana zərbəni məhz Birləşmiş Ərəb Əmirlikləri endirib.
Tehranın rəsmi bəyanatlarında əməliyyat “düşmən hücumu” kimi qiymətləndirilsə də, məsul tərəfin adı birbaşa qeyd edilməyib”, - deyə kanal bildirib.
“İranlı jurnalistin gündəliyi” teleqram kanalının məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri İrana hücum edir.
“İndiyədək Qeşm və Siri adalarına çoxsaylı zərbələr endirilib.
Mənbələr bildirir ki, bu, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin Amerika logistika dəstəyi ilə həyata keçirdiyi birgə əməliyyatdır”, - deyə mənbə yazıb.
Sevinc Əliyeva
Ordu.az