Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, iyunun 7-də keçiriləcək ümummilli seçkilərdə 19 siyasi qüvvə iştirak edəcək və ictimaiyyətə öz ideyalarını, siyasi proqramlarını təqdim edəcək.
“ArmLur.am” bu gün hansı qüvvənin haradan və necə təşviqat kampaniyasına başlayacağını təqdim edib.
“Vətəndaş Müqaviləsi” partiyası təşviqat kampaniyasına respublikanın cənubundan, Zəngəzur vilayətindən başlayacaq.
“Güclü Ermənistan” alyansı kampaniyaya Ermənistan parlamentinin qarşısında Narek Karapetyanın mətbuat konfransı ilə start verəcək.
“Hayastan” alyansı təşviqat kampaniyasına bütün ermənilərin dini mərkəzi olan Üçmüədzindən başlayacaq.
“Birliyin Qanadları” partiyası təşviqat kampaniyasına İcevandakı Qoşavank monastır kompleksindən başlayır”, - deyə nəşr bildirib.
“Erməni Milli Konqresi”ndən “ArmLur.am”a bildirilib ki, əslində təşviqat artıq başlayıb.
“Erməni Milli Konqresi” mayın 7-də iki saatdan çox davam edən müzakirələrdən sonra seçki proqramını qəbul edib və təqdim edib. Mayın 9-da partiya üzvləri qələbələri qazanan qəhrəmanların xatirəsini yad etmək üçün “Qələbə” parkını ziyarət edəcəklər”, - deyə partiyadan bildirilib.
Nəşr qeyd edib ki, “Respublika naminə demokratiya müdafiəçiləri alyansı” təşviqat kampaniyasına Aştarak birləşdirilmiş icmasından başlayacaq.
“Respublika” partiyası əvvəlcə “Yerablur”u ziyarət edərək bütün ölənlərin xatirəsini yad edəcək, daha sonra Akop Paronyan teatrında Mərkəz rayonunun sakinləri ilə görüş keçirəcək və Vazgen Sarkisyanın büstü önünə gül dəstələri qoyacaq.
“Demokratik Birləşmə” partiyası təşviqat kampaniyasına sərhədyanı Voskepar kəndindən start verəcək.
“Hər kəsə qarşıyam” partiyasından bildirilib ki, kampaniyaya hansı şəhər və ya vilayətdən başlanacağı hələ məlum deyil.
“Bu müddətdə gənclərimiz vilayətlərdə işləyiblər, amma hələ qərar yoxdur. Hər halda qeyri-standart formada başlamağı düşünürük”, - deyə siyasi qüvvədən bildirilib.
“Milli Demokratik Qütb” təşviqat kampaniyasına Ermənistan parlamentinin qarşısında mətbuat konfransı ilə başlayacaq”, - deyə müəllif yazıb.
Nəşr qeyd edib ki, DOK partiyası təşviqat kampaniyasına mayın 9-da həm “Yerablur”, həm də “Qələbə” parkını ziyarət etməklə başlayacaq, ölmüş erməni hərbi qulluqçuların xatirəsini yad edəcək və may bayramı ideyasının vacibliyini vurğulayacaq.
“Reformistlər” partiyası təşviqat kampaniyasına öz ofisindən, İrəvan şəhəri, Teryan küçəsi 10 ünvanından başlayacaq.
“Ermənistan Lütf Partiyası bu gün “Yerablur”u ziyarət edəcək, daha sonra mayın 9-da təşviqat kampaniyasına doğma şəhəri Gümrüdən başlayacaq.
“Yeni Güc” reformist partiyası, “Çiçəklənən Ermənistan” partiyası, “İşıqlı Ermənistan” partiyası, “Alyans” qabaqcıl mərkəzçi partiyası, “Koçaryanın Milli Dirçəlişi və Millətin Oyanışı” partiyası və Xristian-Demokrat Partiyası isə təşviqat kampaniyasına haradan və hansı formatda başlayacaqlarını hələ açıqlamayıblar.
Xatırladaq ki, parlament seçkilərində qeyd olunan qüvvələr aşağıdakı bülleten nömrələri ilə iştirak edəcəklər:
1. “Reformistlər” partiyası
2. “Hər kəsə qarşıyam” demokratik partiyası
3. “Güclü Ermənistan” alyansı
4. Ermənistan Lütf Partiyası
5. “Yeni Güc” reformist partiyası
6. “Birliyin Qanadları” partiyası
7. “Çiçəklənən Ermənistan” partiyası
8. “Milli Demokratik Qütb” ümumerməni partiyası
9. “Köçəryanın Milli Dirçəlişi və Millətin Oyanışı” partiyası
10. “Erməni Milli Konqresi” partiyası
11. “Respublika” partiyası
12. Xristian-Demokrat Partiyası
13. “Alyans” qabaqcıl mərkəzçi partiyası
14. “Demokratik Birləşmə” partiyası
15. “Demokratiya, qanun, intizam” partiyası
16. “Vətəndaş Müqaviləsi” partiyası
17. “Hayastan” partiyalar alyansı
18. “Respublika naminə demokratiya müdafiəçiləri alyansı” partiyası
19. “İşıqlı Ermənistan” partiyası”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az