UKMTO: Son bir gündə Hörmüz boğazında yeni insident qeydə alınmayıb

2026/03/1773298624.jpg
Oxunub: 401     09:17     08 May 2026    
Son 24 saat ərzində Hörmüz boğazında yeni insident qeydə alınmayıb, İran isə bu mühüm su yolu üzərində nəzarətini gücləndirmək istiqamətində addımlar atmağa davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, regionda təhlükəsizlik vəziyyəti ticarət gəmiçiliyi üçün daimi təhdidlərlə “qeyri-sabit” olaraq qalsa da, Qrinviç vaxtı ilə dünən saat 16:00-dan etibarən Fars və Oman körfəzlərində heç bir insident qeydə alınmayıb.

Xatırladaq ki, həftənin əvvəlində ABŞ Prezidenti Donald Tramp boğazdan keçən gəmilərin müşayiəti üçün “Azadlıq” əməliyyatının başladığını elan etmiş, lakin 48 saat sonra pakistanlı vasitəçilərin xahişi ilə əməliyyatı dayandırmışdı.

İnsidentlərlə bağlı məlumatların dayanmasına baxmayaraq, Tehran gəmi sahiblərini neftin və mayeləşdirilmiş təbii qazın dünya üzrə tədarükünün təxminən beşdə birinin keçdiyi boğaz üzrə tranzitin yeni protokoluna əməl etməyə məcbur etmək cəhdlərini dayandırmayıb.

CNN-in əldə etdiyi sənədə görə, İran bu su yolu ilə keçmək istəyən gəmilər üçün bir sıra yeni qaydalar hazırlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ   İran  


Bizi "telegram"da izləyin