“Fars”: Qeşm adasının Bəhmən limanı İran Silahlı Qüvvələri ilə qarşı tərəf arasında atışma zamanı zərbə altına düşüb

2026/05/1778217234.jpg
Oxunub: 303     09:11     08 May 2026    
Cümə axşamı axşam saatlarında Minab, Bəndər-Abbas və Bəndər-Xəmir şəhərlərində partlayış səsləri eşidilib.

Ordu.az xəbər verir ki, yerli mənbələr Hörmüzqan əyalətinin Sirik şəhərində 40 saniyə fasilə ilə altı partlayışın baş verdiyini bildirib.

Yerli mənbələr həmçinin Qeşm adasında partlayışlar baş verdiyini qeyd edib. Saat 22:06-da adanın Bəhmən limanının 22-ci dayanacaq yerində güclü partlayış baş verib və nəticədə səma tamamilə işıqlanıb.

“Fars” agentliyinin Bəndər-Abbasda apardığı araşdırma göstərib ki, İran Silahlı Qüvvələri ilə qarşı tərəf arasında atışma zamanı Qeşm adasının Bəhmən limanının kommersiya hissələri zərbə altına düşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qeşm   Bəhmən   İran  


Bizi "telegram"da izləyin