Ordu.az-ın məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Tir rayonunun Habbuş kəndinə endirilən hava zərbəsi nəticəsində beş livanlı həlak olub. Nəbatiyə əyalətinin Duveyr şəhərində isə üç nəfər ölüb, daha 19 nəfər yaralanıb.
Bundan əlavə, Məcdəl Silm yaşayış məntəqəsinin bombalanması zamanı “Hizbullah”ın tibb xidmətinin əməkdaşlarından birinin həlak olduğu bildirilib.
Ordu.az