Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Eşidilən səslərin səbəbi bəzi gəmilərin qanunsuz hərəkəti ilə əlaqədar SEPAH Hərbi Dəniz Qüvvələrinin onlara etdiyi xəbərdarlıqlar olub.
“Tasnim”in müxbirinin bildirdiyinə görə, hazırda Sirikdə heç bir partlayış və ya zərbə qeydə alınmayıb, şəhərdə vəziyyət tam təhlükəsizdir.
Məlumatlı mənbələrin bildirdiyinə əsasən, partlayışa bənzər səslər bəzi gəmilərin icazəsiz hərəkəti səbəbindən SEPAH Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi xəbərdarlıq tədbirləri ilə bağlı olub.
Qeyd edək ki, Sirik Hörmüz boğazı bölgəsində yerləşir.
Sevinc Əliyeva
Ordu.az