Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
İttihama görə, 40 yaşlı Çi Lyu “Piter” Vay Daxili İşlər Nazirliyinin kompüter sisteminə çıxış imkanlarından istifadə edərək əsas miqrasiya məlumat bazası vasitəsilə Böyük Britaniyada yaşayan Honkonqlu dissidentləri izləyib.
O, 65 yaşlı Çun Biu “Bill” Yuen ilə birlikdə “Milli Təhlükəsizlik haqqında” qanunu pozmaqda və xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə təqsirli bilinib. Yuen ilkin mərhələdə Honkonq hakimiyyəti ilə əlaqələrdə onun vasitəçisi olub.
Vay həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə də təqsirli bilinib. Hər iki şəxsin təqsirli bilinməsindən sonra Çin səfiri Çjen Szeguan Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılacaq.
İttiham tərəfi işin yenidən baxılmasına çalışmayacağını bildirib.
Təqsirləndirilən şəxslər mayın 15-nə təyin edilmiş hökm elan olunana qədər həbsdə saxlanılacaqlar.
Sevinc Əliyeva
Ordu.az