Ordu.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"İsraildən olan bir mənbə "i24NEWS" telekanalına müsahibəsində vurğulayıb ki, Təl-Əvivin İranda bu axşam baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur", - məlumatda qeyd olunub:
"Eyni zamanda, bəzi digər mənbələr iddia edir ki, partlayış baş verən ərazini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qırıcıları bombalayıb".
Qeyd edək ki, hadisənin bütün aspektlərinin ətraflı araşdırılması və irəli sürülən iddiaların yoxlanılması davam edir.
***
Bir neçə dəqiqə əvvəl Bəndər-Abbas sakinləri şəhər ətrafında partlayış səslərinə bənzər bir neçə səs eşidiblər.
Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
Həmin səslərin mənbəyi və dəqiq yeri hələ müəyyən edilməyib.
Bildirilib ki, daha sonra əlavə məlumat təqdim olunacaq.
Sevinc Əliyeva
Ordu.az