Ermənistan-Türkiyə danışıqlarında erməni tərəfinin tərcüməçisi avtomobildə ölü tapılıb

2026/05/1778182533.jpg
Oxunub: 639     23:32     07 May 2026    
Ötən gün erməni fotomüxbir Qaqik Şamşyan ölüm faktı ilə bağlı videogörüntü yayımlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilir ki, həmin vaxt ölən şəxsin kimliyi hələ müəyyən edilməmişdi. Lakin Şamşyanın məlumatına görə, İrəvan-Sevan magistral yolunun Abovyan inzibati ərazisində yol kənarında park edilmiş avtomobil uzun müddət həmin yerdə qaldığı üçün şübhə doğurub və erməni sakinlər polisə məlumat veriblər.

Erməni fotomüxbirin sözlərinə görə, polis əməkdaşları avtomobilin şüşəsini özləri sındıraraq ölü kişini maşının içində aşkar ediblər.

“168.am” saytının məlumatına görə, meyitin üzərində zorakılıq izləri aşkarlanmayıb. Avtomobilin qapıları içəridən bağlı olub, açar isə maşının üzərində olub. İlkin versiyaya əsasən, hadisə qəfil ölüm nəticəsində baş verib.

Məlumata görə, erməni tərcüməçi özünü pis hiss edib, avtomobili saxlayıb və bundan sonra hadisə baş verib.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı ilkin məlumata görə baş verənin qəfil ölüm olduğunu təsdiqləyib.

“Cinayət işi açılıb. İstintaq aparılır. Ekspertiza təyin olunub. Qalan məsələlər ekspertiza rəyindən sonra məlum olacaq”, - deyə Ermənistan İstintaq Komitəsinin sözçüsü bildirib.

Daha sonra Ermənistan “İctimai Əlaqələr və İnformasiya Mərkəzi” dövlət qeyri-kommersiya təşkilatı məlumat yayıb ki, mərkəzin əməkdaşı, yüksəkixtisaslı türkiyəşünas Gevorq Kalloşyan ölüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin