SAHA 2026-da milli texnologiyaların təhvil mərasimləri keçirilib - VİDEO

2026/05/1778181519.jpg
Oxunub: 642     23:16     07 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində TSQ Bulud Hesablama Sistemi Layihəsi, yerli ehtiyat nüsxələmə proqram təminatı məhsulu və son nöqtə təhlükəsizlik platforması (AVEDR) məhsulunun təhvil mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, SAHA 2026 Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində davam edir.

“Anadolu” Agentliyinin Qlobal Kommunikasiya Tərəfdaşı olduğu SAHA 2026 sərgisində bir çox məhsulun təhvil mərasimi keçirilib.

Türkiyənin ilk yerli bulud virtuallaşdırma məhsulu olan TSQ Bulud Hesablama Sistemi Layihəsinin təhvil mərasimi Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini Hüseyn Avşar, Milli Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Sistemləri İdarəsinin rəisi briqada generalı Mustafa Murat Kabukçu, TÜBİTAK BİLGEM-in rəhbəri Ali Görçin, Türkiyə Müdafiə Sənayesi Komitəsinin Kibertəhlükəsizlik və İnformasiya Sistemləri İdarəsinin rəisi Murat Çizgel və HAVELSAN baş direktorunun müavini Kamal Kaptanerin iştirakı ilə keçirilib.

Digər mərasimdə isə Türkiyənin ilk yerli ehtiyat nüsxələmə proqram təminatı məhsulunun təhvili həyata keçirilib. Hüseyn Avşar, Mustafa Murat Kabukçu, Murat Çizgel və “Menabyte” şirkətinin baş direktoru Nakıp Demircinin iştirakı ilə məhsulun təhvil sənədi təqdim olunub.

Türkiyənin ilk son nöqtə təhlükəsizlik platformasının təhvili həyata keçirilib

Türkiyənin ilk son nöqtə təhlükəsizlik platforması (AVEDR) məhsulunun təhvil mərasimi də keçirilib. Hüseyn Avşar, Mustafa Murat Kabukçu, Murat Çizgel və “C-Prot” şirkətinin baş icraçı direktoru Serkan Bilgehan Üstündağın iştirak etdiyi mərasim təhvil sənədinin təqdim olunması ilə başa çatıb.

SAHA 2026-da imzalanan razılaşmalar arasında Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “MilSOFT” arasında süni zəka dəstəkli hərbi meteorologiya sistemi (HAVAİ) layihəsi də yer alıb. Layihənin imzalanma mərasimi Hüseyn Avşar və Murat Çizgelin iştirakı ilə keçirilib.

Sərgidə həmçinin Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “Bilişim Vadisi” arasında TEKNOFEST Türk Dilində Təbii Dil Emalı Yarışması Protokolu imzalanıb. İmzalanma mərasimində Hüseyn Avşar, Murat Çizgel və “Bilişim Vadisi”nin baş direktoru Erkam Tüzgen iştirak edib.

İmzalanan digər razılaşma isə ROKETSAN ilə “Plan-S Uydu ve Uzay Teknolojileri” arasında ŞİMŞEK-1 Peyk Buraxılış Sistemi ilə orbitə çıxarılacaq VATOZ Peyk Sisteminin təchizatına dair olub. Mərasimdə şirkətlər adından ROKETSAN baş direktorunun müavini Cenk Önen və “Plan-S Uydu ve Uzay Teknolojileri” şirkətindən Özdemir Gümüşay iştirak edib.

SAHA 2026-da həmçinin Türkiyə Müdafiə Sənayesi Komitəsi və “TRtest” Kibertəhlükəsizlik Məhsullarının Sınaqdan Keçirilməsi və Sertifikatlaşdırılması Layihəsinin sertifikat mərasimi keçirilib. Hüseyn Avşar, Murat Çizgel və “TRtest” rəhbərlərinin iştirakı ilə keçirilən mərasimdə layihədə iştirak edənlərə sertifikatları təqdim olunub.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin