MKE ilə CENTURY ARMS arasında tüfəng ixracına dair razılaşma imzalanıb

2026/05/1778181350.jpg
Oxunub: 600     23:11     07 May 2026    
“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) ilə ABŞ şirkəti CENTURY ARMS arasında 12 fərqli yarıavtomatik tüfəng modelinin ixracına dair razılaşma imzalanıb.

Ordu.az xəbər verir ki, “Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu və İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində təşkil olunan mərasimdə MKE-nin baş direktoru İlhami Keleş və CENTURY ARMS-ın baş direktoru Maykl Sucher razılaşmanı imzalayıblar.

Razılaşmanın imzalanma mərasimində milli müdafiə nazirinin müavini və MKE İdarə Heyətinin sədri Alpaslan Kavaklıoğlu ilə Türkiyə Böyük Millət Məclisinin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiya Komissiyasının sədri və AK Partiya Bursa millət vəkili Mustafa Varank da iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   CENTURY   ARMS  


Bizi "telegram"da izləyin