Paşinyan mayın 28-də məzuniyyətini 1 günlük dayandıracaq

2026/05/1778149475.jpg
Oxunub: 438     22:38     07 May 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ölkənin prezidentinə məlumat verib ki, seçkiqabağı təşviqat kampaniyasında iştirak etmək məqsədilə 2026-cı il mayın 8-dən etibarən məzuniyyətdə olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Paşinyan bildirib ki, məzuniyyət yalnız 2026-cı il mayın 28-də bir günlük dayandırılacaq.

“Həmin gün dövlət bayramı ilə əlaqədar müəyyən vəzifələrim var və onları yerinə yetirməliyəm. Ola bilsin ki, bununla bağlı bəzi iş məsələləri də yaransın. Amma ümumilikdə təşviqat kampaniyasında iştirak etməyi planlaşdırıram.

Bu gün hökumətin iclasında da dedim ki, ən vacib məsələ dövlət institutlarımızı, Ermənistan vətəndaşlarının öz azad iradəsini ifadə etməsini və əlbəttə ki, ölkədə siyasi ideyaların və fikirlərin azad rəqabətini təmin etməkdir”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin