Ordu.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, erməni səfir Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
“Diplomatik missiyanın rəhbərinə Avropa İttifaqının himayəsi altında yaxın zamanda keçirilən tədbirlər çərçivəsində Kiyev nasist rejiminin başçısı V. Zelenskiyə Rusiyaya qarşı terror təhdidləri səsləndirmək üçün “tribuna” təqdim edilməsinin qəti şəkildə qəbuledilməz olduğu bildirilib.
Vurğulanıb ki, Moskva bununla bağlı haqlı narazılıq ifadə edir və rəsmi İrəvanın qeyd olunan şəxsin bu cür açıq davranışına münasibətdə lazımi mənfi qiymət verməməsini Rusiya-Ermənistan münasibətlərinin tərəfdaşlıq xarakterinə uyğun hesab etmir.
Səfir rus tərəfinin mövqeyi barədə İrəvana məlumat verəcəyinə söz verib”, - deyə açıqlamada bildirilir.
Alpər Mövludoğlu
Ordu.az