Hamilton ilə Boçorişvili NATO və Gürcüstan arasında əməkdaşlığın inkişafını müzakirə ediblər

2026/05/Ekran-1778173252.jpg
Oxunub: 424     20:28     07 May 2026    
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Tbilisidə keçirilən görüş zamanı əməkdaşlığın inkişafını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Maka Boçorişvili "X" sosial şəbəkəsində yazıb.

"NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonu Tbilisidə qəbul etməkdən şadam. Biz əməkdaşlıq, regional təhlükəsizlik və Gürcüstan ilə NATO arasında tərəfdaşlığın davam etdirilməsinin vacibliyi barədə konstruktiv müzakirələr apardıq", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hamilton   Boçorişvili   NATO   Gürcüstan  


Bizi "telegram"da izləyin