Paşinyan və Rinkeviçs Ermənistan-Latviya münasibətlərinin gələcək inkişafını müzakirə ediblər

2026/05/1778168647.jpg
Oxunub: 435     19:39     07 May 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan hökumət binasında rəsmi səfərlə Ermənistana gələn Latviya prezidenti Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər ticarət-iqtisadi əlaqələrin inkişafı, müxtəlif sahələrdə, o cümlədən turizm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

“Ermənistan-Avropa münasibətlərinin inkişafına da toxunulub. Bu baxımdan Ermənistan-Avropa İttifaqı ilk sammitinin keçirilməsi və viza liberallaşdırılması istiqamətində qeydə alınan irəliləyiş qarşılıqlı olaraq vacib hesab edilib.

Latviya prezidenti ölkəsinin viza liberallaşdırılması prosesinə dəstəyini ifadə edib və bunun ikitərəfli turizm əlaqələrinin genişlənməsinə də töhfə verəcəyinə əminliyini bildirib. Tərəflər Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh, həmçinin regional əhəmiyyət daşıyan digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rinkeviçs  


Bizi "telegram"da izləyin